Skip to content

Əyripəncəlilik əməliyyatı

Əyripəncəlik (Pes Equinovarus) hər bir uşaqda müxtəlif dərəcədə baş verə bilər. Əyripəncəlik (Pes Equinovarus) müalicəsinə mümkün qədər tez başlamaq vacibdir. Uzman Travmatoloq – Ortoped həkim uşağın yaşına, ümumi sağlamlığına və xəstəlik tarixinə əsaslanaraq müalicə planını təyin edəcək.

ANADANGƏLMƏ ƏYRİPƏNCƏLİLİK( CLUBFOOT- PES EKİNOVARUS)

Anadangəlmə əyripəncəlilik ayağın anadangəlmə deformasiyasıdır, uşaqlarda ayaq pəncəsinin və dabanın içə, pəncənin plantar fleksiyaya doğru əyilməsi ilə nəticələnən xəstəlikdir. Anadangəlmə (congenital clubfoot) mövcud olub ağrısız olur. Uşaq böyüdükcə daha da ağırlaşa bilir və müalicə erkən başlanmalıdır.

Zamanında edilmiş müalicə ilə uşaqların gələcəkdə sağlam ayağa sahib olmaları mümkündür. 50% hallarda hər iki ayaqda görülür.
Bəzi hallarda dölün ana bətnində inkişafı zamanı duruş şəklinə bağlı olaraq əmələ gəlir (postural clubfoot). Çox zaman isə idiopatik (səbəbi tam olaraq bilinmir) şəkildə qarşımıza çıxır. Genetik və inkişaf amillərinin ortaq rol oynadığı qənaətinə gəlinməkdədir. Ailəsində əyripəncəlilik olan uşaqlarda risk yüksəkdir. Spina bifida, serabral iflic və bir çox sindromlarda da bu xəstəliyin görülmə insidenti yüksəkdir. Bu səbəblə belə uşaqlarda başqa xəstəliklərin olması araşdırılmalıdır.

Ayağın ən çox görülən anadangəlmə deformasiyalarından biridir və orta hesabla hər 1000 doğuşdan 1-də rast gəlinir. Xəstəliklərin yarısı hər iki ayaqda, digər yarısı isə bir ayaqda görülür. Oğlanlar qızlara nisbətən daha çox risk altındadırlar. Bir ayaq pozğunluğunda sözügedən ayaq digər ayaqdan kiçik ola bilər.

Bəzən körpənin ana bətnində yerləşdiyi yerdən yaranan müvəqqəti mövqe deformasiyası olan postural-mövqe çubuqlu ayaq ilə qarışdırıla bilər, müalicəsi daha sadədir və həkim nəzarəti altında öz-özünə də keçə bilir.

Səbəbi bilinməsə də, ailədə olarsa, ailədə olmayanlardan daha çox rast gəlinir.

Ayağın deformasiyası doğuşdan dərhal sonra adi gözlə görünsə də, hamiləliyin 20-ci həftəsindən sonra ana bətnində ultrasəs müayinəsi ilə də müəyyən edilə bilər. Ancaq qəti diaqnoz doğumdan sonra qoyulur.

 

ƏYRİPƏNCƏLİYİN MÜAYİNƏSİ

Diaqnozun qoyulması:

Skrininq – Bütün səhiyyə işçilərini yeni doğulmuşların və südəmər uşaqların ayaq deformasiyaları və digər problemlərinin müayinəsi üçün həvəsləndirin. Problemi olan uşaqlar əyripəncəlyin müalicəsi ilə məşğul olan xəstəxanalara göndərilə bilər.

Təsdiqləmə – Müayinə zamanı müəyyən olunan deformasiyalara diaqnoz ancaq sümük-əzələ sistemi xəstəlikləri ilə məşğul olan mütəxəssis tərəfindən qoyula bilər. Əyripəncəliyin səciyyəvi xüsusiyyətləri kavus, varus, adduksiya və ekinizmdir. Bu müayinə zamanı metatarsus adduktus və bəzi sindromlar da aşkar oluna bilər. Bundan başqa əyripəncəlik bir neçə ayrı kateqoriyaya bölünür. Bu təsnifat proqnozu müəyyən etmə və müalicə planı üçün lazımdır.

ƏYRİPƏNCƏLİYİN TƏSNİFATI

Tipik əyripəncəlik – Bu klassik əyripəncəlikdir və normal uşaqlarda görünür. Ümumiyyətlə bu deformasiya beş gips sarğısı ilə düzəldilə bilir və Ponseti metodu ilə müalicənin nəticələri yaxşı və ya əladır.

Pozisional əyripəncəlik – Bəzən deformasiya çok elastik olur və bətndaxılı sıxışma ilə əlaqədar əmələ gəldiyi düşünülür. Düzəlmə adətən bir iki gips sarğısıyla əldə edilir. Gec müalicə edilmiş əyripəncəlik 6 aylıqdan böyük uşaqlarda.

Tipik əyripəncəlik residivi – Ponseti metodu və ya digər metodlarla müalicə nəticəsində əmələ gələ bilər.

Deformasiyanın residivi – Ponseti metodu 3 ilə müalicə sonrası daha az görülür və müalicə sonrası abduksiya cihazının erkən çıxarılmasına bağlıdır. Residiv zamanı öncə dinamik olan və sonra vaxt keçdikcə sərtləşən supinasiya və ekinizm görülür.

Alternativ yolla müalicə edilən əyripəncəlik – Ponseti metodundan başqa və ya cərrahi metodlarla müalicə olmuş ayaqlar daxildir.

Atipik əyripəncəlik – Bu kateqoriyaya daxil olan əyripəncəli uşaqlarda başqa problemlər də var. Ponseti metodu ilə müalicəni başlayın. Düzəlmə tipik əyripəncəliyə nəzərən daha çətindir.

Sərt və ya rezistent atipik əyripəncəlik – ayaq arıq və ya tosqun ola bilər. Tosqun ayaqları müalicə etmək daha çətindir. Bu ayaqlar sərt, qısa, kök olur. 4 Ayaq altından və ayaq biləyi arxasından keçən dərin büküş var. Birinci ayaq daraq arxası sümük daha qısadır və ayaq daraq arxası falanqa oynağı hiper ekstensiyadadır. Bu deformasiya normal ayaqda da ola bilər.

Sindroma bağlı əyripəncəlik – Digər anadangəlmə anomaliyalarla birgə görülür. Əyripəncəlik sindromun bir hissəsidir. Ponseti metodu standart müalicə üsuludur, ancaq daha çətindir və müalicəyə necə cavab verməyi qabaqcadan təhmin edilə bilmir. Nəticə əyripəncəlikdən çox sindromdan asılıdır.

Teratoloji əyripəncəlik – anadangəlmə ayaq daraqarxası sinxondrozu.

Nevroloji əyripəncəlik – meninqomielosel kimi nevroloji xəstəliklərlə əlaqədardır.

Qazanılmış əyripəncəlik – Striter displaziyası ilə əlaqədardır.

 

ƏYRİPƏNCƏLİLİYİN MÜALİCƏSİ

Müasir Ponseti Müalicəsi:

Son on illikdə Ponseti metodu bütün dünyada əyripəncəliyin ən effektiv və ən ucuz müalicə üsulu sayılır. Əyripəncəlilik deformasiyasını beyninizdə canlandırın. Normal ayaqdakı daraqarxası sümüklərinin qarşılıqlı əlaqəsini əyri pəncəlik ilə müqayisə edin. Aşıq sümüyünün deformasiyaya uğradığına və qayığabənzər sümüyün   medial tərəfə yer dəyişməsinə diqqət edin. Ayaq aşıq sümüyünün başı ətrafında dönmüşdür. Ponseti metodu bu rotasiyanı   əks tərəfə çevirməklə düzəlməyə əsaslanır. Düzəlmə ardıcıl gips sarğısıyla tədricən əldə edilir. Ponseti metodunda deformasiya həftəlik dəyişdirilən gips sarğısı ilə ayağın aşıq sümüyü ətrafında tədricən döndürülməsi ilə düzəldilir. Mümkünsə, doğuşdan sonra ən qısa vaxtda başlayın (7-10 gün). Buna baxmayaraq, əyri pəncəliyin əksəriyyəti uşaq vaxtı bu metodun tətbiqi ilə düzəldilə bilər. Əyripəncəlilik deformasiyalarının çoxu manipulyasiya sonrası həftəlik tətbiq edilən gips sarğıları ilə təqribən 6 həftəyə düzəlir. Əgər altı-yeddi gips sarğısı sonrası deformasiya düzəlmirsə, müalicədə xəta vardır. Məqsəd uşaq doğulduqdan sonra br neçə həftə içində müalicəyə başlamaqdır. Buna baxmayaraq, deformasiyanın düzəldilməsi çox vaxt gec uşaqlıq dövründə də mümkündür. Erkən uşaqlıq dövrünə qədər gecikdirilmişlərdə də müalicəyə Ponseti metodu ilə başlana bilər. Bəzilərinə cərrahi müdaxilə lazım olur, amma Ponseti metodu tətbiq edilənlərdə cərrahi müdaxilənin ölçüsü tətbiq edilməyənlərə görə daha kiçik olacaq.

 

GİPS SARĞISI İLƏ PONSETİ MÜALİCƏSİ

Gips sarğısından əvvəl uşaq yedirilərək sakitləşdirilməlidir. Mümkünsə təcrübəli köməkçiniz olsun. Bəzən valideynə kömək etmək üçün asistent lazım olur. Müalicənin qabaqcadan təşkili əhəmiyyətlidir. Asistent (göy nöqtə) ayağı tutarkən həkim (qırmızı nöqtə) də düzəltməni həyata keçirir. Doğumdan çox keçmədən müalicəyə başlayın. Uşağı və ailəsinin rahat olmasına şərait yaradın. Manipulyasiya və gips sarğısı qoyarkən uşağın yeridilməsinə icazə verin.

Gips sarğısında mərhələlər

Biz ucuz olduğu və asanlıqla istənilən şəkil verilə bildiyi üçün, plastik(fiberqlas) sarğılarına görə gips sarğısını məsləhət görürük.

  • İlkin manipulyasiya – Hər gips sarğısından əvvəl ayağa gərmə manipulyasiyası tətbiq edilir.
  • Pambıq qatının tətbiqi – Gipsə uyğun şəkil verə bilmək üçün pambıq qatını incə sarınır.
  • Gips sarğısına şəkil verilməsi – Gipsə qüvvə tətbiq edərək deformasiyanı düzəltməyə çalışmamaq, yüngülcə təzyiq göstərmək lazımdır.
  • Gips sarğısını bud nahiyəsinə qədər uzadın – Dəri qıcıqlanmasının qabağını almaq üçün bud nahiyəsinə daha çox pambıq dolanır.
  • Gips sarğısının düzəldilməsi – Gips sarğısına ayaq barmaqlarının istinad etməsi üçün plantar tərəfə toxunulmadan, dorsal tərəfdə isə ayaq daraq 3 arxası falanqa oynaqlarına qədər açılır.

Gips Sarğısının Çıxarılması

Hər gips sarğısı yeni gips tətbiqindən əvvəl xəstəxanada çıxarılır. Gips sarğısının xəstəxana xaricində əvvəlcədən çıxarılmasının qarşısını alın, çünki yeni gips sarğısı qoyulana qədər müəyyən düzəlmə itirilə bilər.

Gips sarğısının çıxarılma üsulları

  • Gips bıçağı ilə sarğının çıxarılması – Gipsi əvvəlcə yumşaltmaq üçün təqribən 20 dəqiqə suda tutulur.
  • İslatmaqla gipsin çıxrılması – Bu faydalı metoddur, ancaq daha uzun çəkir.

 

ŞİNA QOYULMASI

Gips sarğılarına son verildikdən sonra ayaq 60-70º-yə qədər abduksiyaya gətirilməlidir (bud—ayaq oxu). Tenotomiya sonrası sonuncu gips sarğısı 3 həftə ayaqda qalmalıdır. Ponsetinin müalicə protokoluna görə bundan sonra ayağı abduksiya və dorzifleksiyada tutan şinaya qoymaq lazımdır. Bu şina barmaq ucları açıq iki ayaqqabını birləşdirən çubuqdan ibarətdir. Daban sümüyü və ön ayağı abduksiyada tutmaq və residivlərin qarşısını almaq üçün müəyyən dərəcədə ayağın abduksiyada tutulması lazımdır. Ayağın medial hissəsindəki yumşaq toxumalar şina istifadə edildiyi təqdirdə uzana bilər. Uşağın dizlərini hərəkət etdirərək baldırın üç başlı əzələ vətərini gərə bilməsi üçün şinada dizlər boşda qalır. Ayaqların abduksiyada və az bükülməsi eyni zamanda ayaqları dorzifleksiyaya gətirir. Bu qastroknemius əzələsi və axil tendonunun gərilməsinə kömək edir. Ayaq biləyi-ayaq ortezləri (AFO) ayağı sadəcə düz neytral dorzifleksiyada tutduğu üçün faydalı deyil.

Uşaq travmatoloq həkim - ortoped İftixar Qurbanov